Vergilər Ödənənə Qədərki Gəlirlər

vergilər tutulana qədər bütün xərcləri çıxdıqdan sonrakı təmiz gəlirdir.
Vergilər Ödənəndən Sonrakı Gəlirlər
Vergilərdən Qaçma
OBASTAN VİKİ
Azalan gəlirlər qanunu
Azalan gəlirlər qanunu, və ya azalan gəlirlər, — istehsal amillərindən birinin (torpaq, əmək, kapital) müəyyən dəyərlərdən yuxarı artmasının gəlirin (nəticənin) getdikcə daha az miqdarda, yəni gəlirin artım sürətinin artmasına səbəb olduğunu bildirən iqtisadi qanun. (nəticə) istehsal amilinin artım tempindən azdır. Azalan gəlir qanunu istehsal xərcləri ilə məhsul arasındakı əlaqəni müəyyən edir. Başqa sözlə desək, azalan gəlir qanunu əlavə məhsul istehsalı ilə bir istehsal amilinin dəyişməsi arasındakı əlaqəni əks etdirir, digər amillərin həcmi isə sabit qalır. == Mahiyyəti == Gəlirlərin azalması qanununun mənasının izahı aşağıdakı kimi ola bilər: bir amilin (əməyin) əlavə tətbiq olunan məsrəfləri digər amilin (torpaq) sabit miqdarı ilə birləşdirilir. Nəticə etibarı ilə, yeni əlavə xərclər getdikcə daha kiçik həcmdə əlavə məhsul istehsal edir. Məsələn, kargüzarların işlədiyi bir ofisiniz var. Zaman keçdikcə binaların ölçüsünü artırmadan məmurların sayını artırsanız, onlar bir-birinin yolunu tutacaq və ola bilsin ki, xərclər gəlirdən çox olacaq. == Dəyişən amillər == Bir Gəlirlərin azalması qanunu yalnız istehsalın bir amili (və ya bir neçə amili) dəyişdikdə, qalanları isə dəyişməz qaldıqda etibarlıdır. Əgər, əməyin miqdarı dəyişərsə, o zaman torpağın miqdarı sabitdir.
Almaniyada vergilər
Almaniyanın vergi sistemi Xarici ölkələrin vergi sistemlərinin öyrənilməsi bu ölkələrin vergitutma təcrübəsini, vergitutma mexanizmlərinin inkişafının ümumi qanunauyğunluqlarını nəzərə almağa imkan verir. Bazar iqtisadiyyatına xas olan ölkələrin vergi sistemləri müxtəlif iqtisadi, siyasi və sosial amillərin təsiri nəticəsində təşəkkül tapmışdır. Vergilərin sayına, strukturuna, yığılma üsullarına, dərəcələrinə və digər əlamətlərinə görə ölkələrin vergi sistemləri bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Buna baxmayaraq bütün bu vergi sistemlərinə xas olan ümumi bir cəhət var. Bu da dövlətin vergi gəlirlərinin artırılması üçün yolların axtarılmasından və vergitutmanın əsas prinsiplərinin tələblərinə cavab verən optimal vergi sisteminin yaradılmasından ibarətdir. İnkişaf etmiş dövlətlər üçün ən xarakterik cəhət iqtisadi həyatın müxtəlif sahələrinə dövlət müdaxiləsinin səviyyəsidir. Məsələn, ABŞ-da bu müdaxilənin səviyyəsi aşağı, İsveçdə yüksək, Yaponiya və Almaniyada isə bu ölkələrlə müqayisədə nisbətən orta səviyyədədir. Dövlət müdaxiləsinin əsas məqsədi iqtisadiyyatın tənzimlənməsidir. Dövlət tənzimlənməsinin vasitələri isə vergi siyasəti və azad sahibkarlığa maliyyə dəstəyinin göstərilməsidir. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin əsas məqsədi sabit iqtisadi artıma nail olmaq, əsas əmtəə və xidmətlərin qiymətlərinin sabitliyinin, əmək qabiliyyətli əhalinin tam məşğulluğunun və əhalinin gəlirlərinin müəyyən minimal səviyyəsinin təmin edilməsi və vətəndaşların sosial müdafiə sisteminin yaradılmasıdır.
Azərbaycanda vergilər
Qədim dövrün vergi növləri- hali sinfi strukturuna görə dörd zümrəyə bölünürdü: 1) kahinlər, 2) döyuşçülər, 3) katiblər, 4) vergi verənlər. Vergi verənlər zümrəsi özündə bütün zəhmətkeş əhalini – əkinçiləri, sənətkarları, eləcə də ticarətlə məşğul olanları birləşdirirdi. Bütün vergi verən zümrənin başında vastarioşan-salar dururdu. Vergi və mükəlləfiyyətlər içərisində ən mühümü qazidağ, maraq və xarq idi. I Xosrovun vergi islahatından sonra qazidağ termini can vergisi mənasında işlənib. Əvvəllər Torpaq vergisi zekat adlanirdi. Ümumiyyətlə, vergi mənasında olan xaraq termini də elə həmin dövrdə (III–IV əsrlər) torpaq vergisinə aid edilib. Vergilərin başçısı olan xarqbed – Sasani dövlətinin idarə aparatında yüksək mövqe tuturdu. I Xosrovun dövründə üzərinə vergi qoyulmuş torpaqlar siyahıya alınırdı. Torpaq siyahısı hələ Kavadın dövründə tutulmağa başlanmış, oğlu I Xosrovun zamanında başa çatdırılmışdır.
Estoniyada vergilər
Estoniyada vergilər — Estoniya Respublikasının vergi sistemi. == Rəsmi orqan == Ölkədə qanun çərçivəsində vergi və gömrük sahəsində nəzarət, məcbur­etmə səlahiyyətlərini həyata keçirən dövlət orqanı Estoniya Vergi və Gömrük Şurasıdır. Bu Şura Estoniya Maliyyə Nazirliyinin tərkibinə daxildir. Dövlət gəlirlərinin idarə edilməsi, dövlətin vergi və gömrük siyasətinin həyata keçirilməsi və iqtisadi fəaliyyətin təşviq edilməsi Şuranın əsas funksiyalarıdır. 2012-ci ildə Şurada 1555 əməkdaş çalışmış, onun vasitəsi ilə dövlət büdcəsinə 6,1 milyard dollar həcmində vəsait toplanmışdır. Bu vəsait birbaşa vergilərdən 10,8%, dolayı vergilərdən 47,6%, sosial fondlardan 40,5% və 1,1% isə digərlərindən ibarət idi. == Vergi növləri == === Mənfəət vergisi === Digər Avropa İttifaqı ölkələrindən fərqli olaraq, Estoniyada qeyri-ənənəvi mənfəət vergi sistemi tətbiq olunur. Bu ölkədə mənfəət vergisi ilə bağlı ən mühüm cəhət budur ki, müəssisələr klassik şəkildə mənfəət vergisi ödəyicisi deyildir. Bunun əvəzinə müəssisələr mənfəətin bölüşdürülməsindən bölüşdürmə vergisi ödəyirlər. 2012-ci ildə bölüşdürmə vergisi bölüşdürülən xalis mənfəətdən 21/79 dərəcə – təxminən 26,6% ilə tutulur.
Fransada vergilər
Fransa vergi sisteminin ümumi xüsusiyyətləri Ərazisi – 674,8 min km²; Əhalisi – 65,1 milyon nəfər; ÜDM – 1,83 trln. dollar; Adambaşına düşən ÜDM – 29316 dollar. Fransanın vergi sistemi son illərdə formalaşmış, ölkənin tarixi və mədəni xüsusiyyətlərini, özünəməxsus vergi və yığımların məcmusunu özündə əks etdirir. Hazıda vergi və yığımlar, onların tətbiqi stabilliyə malikdir. Vergi dərəcələrinə ölkənin iqtisdi vəziyyəti və sosial-iqtisadi siyasəti nəzərə alinmaqla vaxtaşırı yenidən baxılır. Vergilər Fransa hökumətində dövlət büdcəsinin formalaşmasinda əsas mənbəə olmaqla büdcə gəlirinin 90 faizini təşkil edir. Fransanın vergi sisteminin əsasini təşkil edən prinsiplər aşağıdakılardır: sistemlilik (parlament tərəfindən vergilərin idarə edilməsi sahəsində ciddi mərkəzləşdirilmiş bazanın mövcudluğu, müvafiq olaraq vergilərin geniş qanunvericilik əsasına malik olması, daxildə vergilərin bir-biri ilə qarşılıqlı əlaqəsi, ikiqat vergitutmanin istisna edilməsi); vergi sisteminin elastikliyi (illik vergi dərəcələrinin dəqiqləşdirilməsi imkanının təmin edilməsi və parlamentin dövlət büdcəsi haqqında qəbul etdiyi illik qanunlara əsasən siyasi və iqtisadi konyukturanın dəyişiklikləri nəzərə alınmaqla vergi siyasətinin həyata keçirilməsi); vergi sisteminin sosial istiqaməti (ölkənin sosial və iqtisadi inkişafının stimullaşdırılması bir sıra faktorlarla belə ki, inkişaf tempi, iqtisadiyyatın sahələrinin maliyyə vəziyyəti, işsizlik və infilyasiya dərəcəsi, regionun iqtisadi inkişafının tarazlaşdırılması faktorları ilə bağlı olması). Fransanın vergi sistemində aşkar üstünlük fiskal funksiyaya məxsusdur. Fransanin əsas vergi növlərini dolayı, birbaşa vergilər və gerb yığımları təşkil edir. Qeyd olunmalıdır ki, dolayı vergilər üstunlük təşkil edir.
Kanadada vergilər
Kanadanın vergi sistemi ADIU "Vergi və vergiqoyma" kafedrası i.f.d. Pərviz Rzayev Ərazisi – 9,98 mln. kv.km; Əhalisi – 33,3 milyon nəfər; ÜDM – 1,43 trln. dollar; Adambaşına düşən ÜDM – 42738 dollar. Ümumi məlumat Qeyd etməliyik ki, bütün ölkələrin vergi sistemləri üçün əsas meyar vergilərin iqtisadiyyatın inkişafına xidmət etməsidir. Hər bir ölkə öz milli maraqlarını nəzərə almaqla vergi siyasəti aparır. Azərbaycan Respublikasında vergi sisteminin təkmilləşdirilməsinin başlıca məqsədi milli mənəvi dəyərlər nəzərə alınmaqla, vergi sistemini beynəlxalq standartlara uyğunlaşdırmaqla ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə təkan verən səmərəli vergi siyasətinin həyata keçirilməsindən ibarətdir. Xarici ölkələrin vergi sistemlərinin öyrənilməsi bu ölkələrin səmərəli, qabaqcıl təcrübəsini nəzərə almağa və tətbiq etməyə imkan verir. İnkişaf etmiş ölkələrin vergi sistemlərinə xas olan xüsusiyyətlərdən biri də müxtəlif səviyyəli büdcələrin gəlirləri arasında dəqiq sərhədin müəyyən edilməsidir. Ölkənin vergi sisteminin strukturu onun dövlət qurluşundan bilavasitə asılıdır.
Qazaxıstanda vergilər
Qazaxıstanda vergilər Qazaxıstanda vergi tətbiqini quran və tənzimləyən əsas qanunverici akt Qazaxıstan Respublikasının "Vergi və büdcəyə digər məcburi ödənişlər haqqında" məcəlləsidir (bundan sonra - "Vergi Məcəlləsi"). Vergi Məcəlləsi 10 dekabr 2008-ci ildə qəbul edilmiş və 1 yanvar 2009-cu ildə qüvvəyə minmişdir. Qazaxıstan Sovet İttifaqının dağılmasından sonra 1990-cı ilin oktyabrında suverenliyini elan etdi. 1991-ci ilin dekabrında ölkə müstəqillik elan etdi. Suveren respublikanın vergi qanunvericiliyinin əsası 1991-ci ildə çıxarılan "Müəssisələr, birliklər və təşkilatlardan vergilər haqqında" Fərman idi. Sonradan Qazaxıstan inkişaf etmiş bazar iqtisadiyyatı üçün xarakterik olan vergi dəsti ilə klassik vergi sistemini qəbul etdi. 1995-ci ildə Qazaxıstan Respublikasının Prezidenti Qazaxıstanda vergi sistemini tənzimləyən "Vergi və büdcəyə digər məcburi ödənişlər haqqında" fərman (bundan sonra "Fərman") verdi. Fərmanda vergilərin hər biri haqqında konkret məlumat əldə etmək üçün verilən təlimatlara istinad edilmişdir. 2002-ci ildə Qazaxıstan Respublikasının "Vergi və büdcəyə digər məcburi ödənişlər haqqında" məcəlləsi ("2002 Vergi Məcəlləsi") qüvvəyə minmişdir. Vergi Məcəlləsi Fərmandan daha ümumi bir hüquqi akt idi.
Vergilər Nazirliyi
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti — Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. 1919-cu il iyunun 17-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin qəbul etdiyi qərarla Maliyyə Nazirliyinin nəzdində Vergi Müfəttişliyinin təsis olunması ilə Azərbaycanda vergi xidmətinin ilk fəaliyyəti başlanmışdır. 1920–1991-ci illərdə Azərbaycan SSRİ-nin tərkibində olduğundan, həmin dövrdə vergi məsələləri Sovet İttifaqının vergi qanunları ilə tənzimlənmişdir. 1990-cı ilin iyul ayında yenidən müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasında vergilərin və digər icbari ödənişlərin tam və vaxtında səfərbər olunması, hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına dövlət nəzarətinin təmin edilməsi məqsədilə Respublika Maliyyə Nazirliyinin tərkibində vergi xidməti yaradılmışdır. 1991-ci ilin oktyabrında vergi qanunvericiliyinə riayət olunmasına nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət vergi xidmətinin rolunun gücləndirilməsi, onun müstəqil fəaliyyətinin və nəzarət işlərinin obyektivliyinin təmin edilməsi məqsədilə bu xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılmış və müstəqil orqan, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlamışdır. 11 fevral 2000-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilmiş, onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Vergilər Nazirliyi yaradılmışdır. 23 oktyabr 2019-cu ildə "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi" haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yaradılıb. 12 may 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsasnaməsi təsdiq edilib. 3 iyul 2020 – Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsində dəyişiklik edilib. 6 may, 2021-ci il – Dövlət başçısının sərəncamı ilə Orxan Nəzərli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib.
İtaliyada vergilər
İtaliya öz iqtisadi inkişafına görə dünyanın sənaye dövlətlərinin "böyük yeddiliyində" təmsil olunur. ÜDM-in həcmi təqribən 2,3 triliyon ABŞ dolları, adambaşına düşən ÜDM göstəricisi 39900 ABŞ dollarıdır. Iqtisadi cəhətdən Avropada dördüncü, dünyada isə 7-ci ən böyük ölkədir. Düünyada ilk 10 ən böyük məhsul ixracatçısından biridir. Burada həyat səviyyəsi hətta ABŞ, Almaniya və s. ölkələrdən də bəzi sahələrdə üstündür. Ən çox şərab ixrac edən, ən böyük turizm regionlarından olan, dünyada 4-cü ən böyük qızıl-valyuta ehtiyatı olan İtaliya Avropada 5-ci ən böyük avtomobil istehsalçısıdır. İtaliya 301 336 kvadrat kilometr ərazidə yerləşən iri dövlətdir və bu göstəriciyə görə Qərbi Avropada yalnız Fransa, Ispaniya və Almaniyadan geri qalır. İtaliya əhalisinin sayı son statistik məlumatlara görə 58 883 958 nəfərdir. Onların 94%-i italyanlardır.
Ekoloji vergilər
Ekoloji vergilər — Avropa İttifaqının sənədlərində eyni adlı kateqoriyaya aid edilən ətraf mühitin mühafizəsi ilə bağlı vergilər. Ətraf mühit vergiləri və ya ekoloji ödənişlər müxtəlif formalarda olur və çox vaxt fərqli adlanır. İngilis yazısında standart taxes terminlə yanaşı, charges, levies, fees, duties da istifadə olunur. Hazırda ekoloji vergilər Aİ ölkələrinin əksəriyyətində tətbiq olunur. Avropa Ətraf Mühit Agentliyi tərəfindən müəyyən edildiyi kimi, ekoloji vergilər geniş şəkildə “yığım bazası ətraf mühitə xüsusi mənfi təsir göstərən bütün vergilər” kimi müəyyən edilə bilər. == Tarixi == Bu və ya digər formada ekoloji vergilər bütün iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə mövcuddur. Onların rəsmi səviyyədə istifadəsinə ehtiyac ilk dəfə 1973-cü ildə Avropa İttifaqının 1-ci Ətraf Mühitin Mühafizəsi Proqramında təsdiqlənmiş və bu, “çirkləndirən ödəyir” prinsipinin həyata keçirilməsi ilə əlaqələndirilmişdir. Aİ ölkələrində ekoloji vergilərə və ödənişlərə diqqətin artması 80-ci illərin ikinci yarısından baş verib. Ətraf mühitin mühafizəsi sahəsində komanda-inzibati idarəetmə üsullarından iqtisadi idarəetmə üsullarına geniş keçidlə əlaqədar XX əsr. Ən mühüm iqtisadi alətlər kimi ödənişlərə və vergilərə diqqət 90-cı illərin əvvəllərində gücləndi.
Azərbaycan Respublikası Vergilər Nazirliyi
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti — Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. == Tarix == 1919-cu il iyunun 17-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin qəbul etdiyi qərarla Maliyyə Nazirliyinin nəzdində Vergi Müfəttişliyinin təsis olunması ilə Azərbaycanda vergi xidmətinin ilk fəaliyyəti başlanmışdır. 1920–1991-ci illərdə Azərbaycan SSRİ-nin tərkibində olduğundan, həmin dövrdə vergi məsələləri Sovet İttifaqının vergi qanunları ilə tənzimlənmişdir. 1990-cı ilin iyul ayında yenidən müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasında vergilərin və digər icbari ödənişlərin tam və vaxtında səfərbər olunması, hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına dövlət nəzarətinin təmin edilməsi məqsədilə Respublika Maliyyə Nazirliyinin tərkibində vergi xidməti yaradılmışdır. 1991-ci ilin oktyabrında vergi qanunvericiliyinə riayət olunmasına nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət vergi xidmətinin rolunun gücləndirilməsi, onun müstəqil fəaliyyətinin və nəzarət işlərinin obyektivliyinin təmin edilməsi məqsədilə bu xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılmış və müstəqil orqan, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlamışdır. 11 fevral 2000-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilmiş, onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Vergilər Nazirliyi yaradılmışdır. 23 oktyabr 2019-cu ildə "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi" haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yaradılıb. 12 may 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsasnaməsi təsdiq edilib. 3 iyul 2020 – Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsində dəyişiklik edilib. 6 may, 2021-ci il – Dövlət başçısının sərəncamı ilə Orxan Nəzərli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi

"Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)" yubiley medalı
"Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000–2010)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət mükafatı. == Əsasnamə == "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000–2010)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının vergi orqanlarında xidmətdə yüksək nəticələr əldə edən, vergi sisteminin inkişafında fəal iştirak edən və xüsusi xidmətləri olan vergi orqanlarının əməkdaşları təltif edilirlər. "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000–2010)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci bəndində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər. "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000–2010)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == "Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 10 illiyi (2000–2010)" Azərbaycan Respublikasının yubiley medalı dairəvi formadadır. Medalın diametri 36 mm-dir, hər iki üzü qızılı rəngli dairəvi metal lövhədən ibarətdir. Medalın üz tərəfində dairənin yuxarı qövsü boyunca "AZƏRBAYCAN RESPUBLİKASI", aşağı qövsü boyunca "VERGİLƏR NAZİRLİYİ" sözləri həkk olunmuşdur. Dairənin mərkəzində "10" rəqəmi və "il" sözündən ibarət emblem, habelə emblemdən aşağıda "2000–2010" rəqəmləri həkk olunmuşdur. Medalın arxa tərəfi hamar səthlidir və mərkəzdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı və onun üstündə "10 İLLİYİ" sözləri, habelə dairənin yuxarı qövsü boyunca "AZƏRBAYCAN RESPUBLİKASI", aşağı qövsü boyunca "VERGİLƏR NAZİRLİYİNİN" sözləri həkk olunmuşdur. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 45 mm ölçüdə metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir.
"Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000–2010)" yubiley medalı